Səbuhi Abbasov ATƏT-də mediadakı islahatlardan, Şəhid jurnalistlərdən danışdı – VİDEObackend

Səbuhi Abbasov ATƏT-də mediadakı islahatlardan, Şəhid jurnalistlərdən danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
7NEWS.az xəbər verir ki, 26 sentyabr tarixində Polşanın paytaxtı Varşava şəhərində “ATƏT-in İnsani Dəyərlərin Qiymətləndirilməsi Konfransı” öz işinə başlayıb. Konfransda ATƏT üzvü olan ölkələrin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.
Tədbirdə iştirak edən ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov Azərbaycanda həyata keçirilən media islahatlarəndan danışıb: “İlk öncə qeyd edim ki, son dönəmlər formalaşmış yeni reallıqlar çərçivəsində Azərbaycanda informasiya mühitinin qorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi mediada islahatların aparılmasını daha da surətləndirmişdir. Bununla əlaqədar ötən il Prezident “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Həmin Fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan mediasının qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, öncül texnologiyaların geniş tətbiqi kimi əhəmiyyətli fəaliyyət istiqamətlərinin özündə birləşdirir. Onu da qeyd edək ki, Agentlik tərəfindən jurnalistlərin sosial rifahının yüksəldilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilib. Eyni zamanda, media sahəsində gənc kadrların yetişdirilməsi və istedadlı gənclərin bu sahəyə cəlb edilməsi məqsədilə müxtəlif layihələr həyata keçirilir. Bir neçə gün öncə isə Prezident İlham Əliyev imzaladığı Fərmanla “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib. Bütün bu islahatlar dünyada media ilə bağlı yeni modeli formalaşdıra bilər. Əziz konfrans iştirakçıları, indi isə jurnalistərin təhlükəsizliyi ilə bağlı daha bir həssas məsələyə toxumaq istəyirəm. 30 ildən sonra Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdi. Lakin minalanmış əraziləri həm də jurnalistlərin təhlükəsiz fəaliyyətinə geniş maneələr törədir. Təəssüf hissi ilə qeyd edim ki, 4 iyun 2021-ci il tarixində işğaldan azad edilmiş Kəlbəcərin Susuzluq kəndinə çəkiliş aparmağa gedən jurnalistlər – AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, Məhərrəm İbrahimov xidməti vəzifələrini yerinə yetirərkən şəhid olublar. Bu dəhşətli hadisə qlobal media adına böyük faciədir. Beynəlxalq birlik bu faciəyə görə Ermənistana qarşı tədbir görməli, mina xəritələrin qısa zamanda Azərbaycana verməsini təmin etməlidir. Əks halda belə faciələr qaçılmaz olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.”
Məlumat üçün qeyd edək ki, Səbuhi Abbasov ATƏT-in yüksək səviyyəli konfransında rəhbərlik etdiyi qurumun daxili imkanları hesabına iştirak edir.