Şəmkirdə ağır qəza: 3 ölü, 2 yaralı varbackend

Şəmkirdə ağır qəza: 3 ölü, 2 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

İnterpress.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində olub.

 

“QAZel” markalı kiçik tutumlu yük maşını ilə “VAZ” markalı minik avtomobili toqquşub.

 

Nəticədə “VAZ”da olan 3 nəfər hadisə yerində ölüb, digər avtomobildə olan 2 nəfər isə ağır xəsarətlər alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.