Serbiya prezidenti: “Dondurulmuş münaqişələr təhlükəlidir”backend

Serbiya prezidenti: “Dondurulmuş münaqişələr təhlükəlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ məsələsində tamamilə gücsüz olduğunu nümayiş etdirdi.

İnterpress.az  xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

A.Vuçiç, Kosova ve Metohiya konfliktinin dondurulmasına qarşı olduğunu bildirərək, Ermənistanla Azərbaycan arasındakı mövcud qarşıdurmaya diqqət çəkib, dondurulmuş münaqişələrin nə qədər təhlükəli olduğunu qeyd edib.

“Dağlıq Qarabağda baş verənlər bizim üçün böyük bir dərsdir. Çünki dondurulmuş münaqişələr gələcəkdə beynəlxalq birliyin gücsüz qalacağı qarşıdurmalar deməkdir. Münaqişələrin bu gün həll olunmasının və gələcək nəsillərə miras qalmamasının tərəfdarıyam”, – deyə Serbiya Prezidenti vurğulayıb.

 

İnterpress.az