Rusiyada sərnişin təyyarəsi dovşanla toqquşub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Stavropol hava limanında göyərtəsində 156 sərnişin olan təyyarə havaya qalxan zaman dovşanla toqquşub.
Hadisə noyabrın 8-i axşam saatlarında baş verib. Moskvaya uçan təyyarə uçuş-enmə zolağı boyunca sürət götürüb. Bir anda pilotlar uçuş-enmə zolağına qaçan bir heyvan görüblər.
Lakin pilotlar uçuşa davam etmək qərarı veriblər. Toqquşma uçuşun təhlükəsizliyinə təsir göstərməyib.
Xuraman Etibarlı
İnterpress.az