Şimali Koreyadan Cənubi Koreyaya “SÜRPRİZ” – “Hədiyyə” şarlarda çatdırıldı – FOTObackend

Şimali Koreyadan Cənubi Koreyaya “SÜRPRİZ” – “Hədiyyə” şarlarda çatdırıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya zibillə dolu 150-dən çox şarı Cənubi Koreyaya göndərib.

İnterpress.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) məlumatına görə, çərşənbə axşamı axşam saatlarından etibarən hava şarları sərhədi keçərək ölkənin müxtəlif yerlərində yerə çırpılır.

“Şimali Koreyanın bu hərəkətləri beynəlxalq hüququ açıq şəkildə pozur və xalqımızın təhlükəsizliyini ciddi şəkildə təhdid edir”, – deyə agentlik JCS-in bəyanatından sitat gətirib.

Bildirilir ki, yerə düşən şarların içərisində müxtəlif tullantılar – plastik butulkalar, akkumulyatorlar, ayaqqabı hissələri və peyin olub.

“Biz Şimali Koreyanı qeyri-insani və vulqar hərəkətlərini dərhal dayandırması üçün ciddi şəkildə xəbərdar edirik”, – hərbçilər əlavə edib.

Şimali Koreya bazar günü xəbərdarlıq edib ki, Pxenyan əleyhinə vərəqələrin paylanmasına qarşı aksiya çərçivəsində tullantı kağızları və zibilləri sərhəd bölgələrinə səpələyəcək.

“Sərhəd bölgəsində tez-tez təbliğat materiallarının və zibillərin səpələnməsinə cavab olaraq güzgü tədbirləri görəcəyik, çoxlu dəyərsiz kağızlar və zibil tezliklə Koreya Respublikasının sərhəd bölgəsinə səpələnəcək. “, – deyə KXDR müdafiə nazirinin müavini Kim Qanq İl bildirib.

Xuraman Etibarlı

İnterpress.az