Siyasi şərhçi: “Fransa və Ermənistanı eyni “keyfiyyətlər” birləşdirir”backend

Siyasi şərhçi: “Fransa və Ermənistanı eyni “keyfiyyətlər” birləşdirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa Senatının qərarında təəccüblü heç nə yoxdur. Bu, gözlənilən idi. Çünki Fransa və Ermənistanı eyni “keyfiyyətlər” birləşdirir”.

Bu sözləri İnterpress.az-a açıqlamasında jurnalist, siyasi analitik Samir Feyruzov deyib.

O vurğulayıb ki, hər iki ölkə terrora imza atmış ölkələrdir: “Məsələn, 1830-1962-ci illərdə Fransa Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirmişdi. 1994-cü ildə isə eyni ssenarini Ruandada təkrarladı, soyqırım törətdi. Ermənilər də Qarabağda soyqırım siyasəti həyata keçirərək minlərlə azərbaycanlını qətlə yetimişdi və 1 milyon insan el-obasından didərgin düşmüşdü. Bütün bunlar fransızlarla ermənilərin eyni ideoloji rels üzərində hərəkət etdiyini göstərir. Digər tərəfdən, Fransa dünyada terror təşkilatlarının əsas himayəçisi hesab olunur. Məsələn, ermənilərin ASALA terror təşkilatı məhz Fransa tərəfindən himayə olunur, ötən əsrin 70-80-ci illərində türk diplomatların bir neçəsi məhz Fransada qətlə yetirilmişdi”.

“İndi sual oluna bilər ki, Fransa niyə Azərbaycana qarşı davamlı qərəz nümayiş etdirir? Birincisi, Fransa Senatının qəbul etdiyi qərar adi kağız parçasıdır. Fransa prezidentli respublikadır, ona görə də Senatın bu qərarını taktiki addım hesab edirəm. Azərbaycan Fransanın Əlcəzairdə törətdiyi soyqırımla bağlı dinləmələr keçirməli, parlament sənəd hazırlamalı, müzakirəyə çıxarılmalı və bu soyqırıma görə Fransanı ittiham edən hüquqi sənəd qəbul etməliyik. Bundan başqa, Fransanın Azərbaycandakı səfiri XİN-ə dəvət edilməli, bu ölkəyə ən sərt nota verilməlidir. Fransanın atdığı bu addım Azərbaycanın milli maraqlarına yönəlib. Biz Fransa-Azərbaycan arasındakı münasibətlərə istənilən səviyyədə yenidən baxa bilərik. Nə qədər inandırıcı görünməsə də, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun üzvlərindən hesabat tələb etməliyik. Bizim deputatlar illərdir Fransaya səfərlər edirlər, nə iş görüblər? 1 nəfər istisna hər kəs bu sənədin lehinə səs verib. Məgər bütün işləri dövlət görməlidir? Bizim deputatların turistik səfərlərinin hesabatı sorulmalıdır. Bəlkə də o deputatların neçəsinin Fransada malı-mülki vardır. Eyni zamanda, Fransadakı Azərbaycan disporası yenidən təşkil edilməlidir”, – S.Feyruzov bildirib.

İnterpress.az