Soçidə dağlarda qar uçqunu nəticəsində gənc turistin ölməsi kameralara əks olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusya mediası məlumat yayıb. Soçidə 29 yaşlı qız anası ilə Krasnaya Polyanadakı “Alp çəmənlikləri” cığırında gəzirmiş.
Bu zaman qar uçqunu başlayıb və qadınları əhatə edib. Buz kütləsinin zərbəsi qızı az qala 10 metr kənara atıb. O, aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Anası demək olar ki, xəsarət almayıb, amma şokdadır – yeganə qızı gözləri qarşısında ölüb.
Xuraman Etibarlı
İnterpress.az