Son 5 ildə minlərlə şəxsin Gürcüstan vətəndaşlığı ləğv edilibbackend

Son 5 ildə minlərlə şəxsin Gürcüstan vətəndaşlığı ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ilin noyabr ayı da daxil olmaqla müstəsna əsaslarla Gürcüstan əsilli olan 11 270 nəfər digər ölkə vətəndaşlarına Gürcüstan vətəndaşlığı verilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Statistikaya əsasən, 2018-ci ildə müstəsna əsaslarla 3348 nəfərə, 2020-ci ildə isə 818 nəfərə Gürcüstan vətəndaşlığı verilib.

Gürcüstan vətəndaşlığının xitam verilməsinə gəlincə, 2018-ci ilin 1 yanvar tarixindən 2023-cü ilin noyabr ayı da daxil olmaqla 10 513 nəfərin vətəndaşlığı ləğv olunub.

Rəsmi məlumatlara görə, 2018-ci ildən 2023-cü ilin noyabrına qədər 4745 nəfər Gürcüstan vətəndaşlığından çıxıb. Bunlardan ən çoxu 1396 nəfər 2019-cu ildə, ən azı isə 391 nəfər cari ildə vətəndaşlığını tərk edib.