SON DƏQİQƏ: Azərbaycan Xəzərdə hərbi təlimlərə başlayırbackend

SON DƏQİQƏ: Azərbaycan Xəzərdə hərbi təlimlərə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək.
Müdafiə Nazirliyindən Turkustan.az-a verilən məlumata görə, hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.
Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.