Stoltenberq Ukraynaya sülhə nail olmaq üçün əraziləri verməyə icazə verib.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya nəşri “Tagesschau” məlumat yayıb.
NATO-nun keçmiş baş katibi Stoltenberq bildirib ki, Ukrayna ərazilərinin müvəqqəti olaraq Rusiya Federasiyasının xeyrinə verilməsi müharibəni tez bitirmək üçün variantlardan biridir.
“Əgər atəşkəs xətti Rusiyanın bütün işğal olunmuş ərazilərə nəzarəti davam etdirməsi deməkdirsə, bu o demək deyil ki, Ukrayna bu ərazini həmişəlik tərk etməlidir”, – o deyib.
Stoltenberq vurğulayıb ki, Kiyev ərazilərin “müvəqqəti olaraq verilməsi” müqabilində təhlükəsizlik zəmanəti almalıdır və bu təminat Şimali Atlantika Alyansına üzvlük ola bilər.
Xuraman Etibarlı
İnterpress.az