Sumqayıt Dəmiryol Vağzalının qarşısında qətl törədilibbackend

Sumqayıt Dəmiryol Vağzalının qarşısında qətl törədilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 27-si saat  22 radələrində Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Nurəddin Quliyevin Sumqayıt Dəmiryol Vağzalının qarşısında öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin tanışı,  2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rafael Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nurəddin Quliyevə çoxsaylı xəsarətlər yetirərək onu  qəsdən öldürüb.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Rafael Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda istintaq  davam edir.