“Taliban” ABŞ-ı hədələdi: “31 avqusta qədər getməsələr, bunun nəticələri ilə üzləşəcəklər”backend

“Taliban” ABŞ-ı hədələdi: “31 avqusta qədər getməsələr, bunun nəticələri ilə üzləşəcəklər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və digər Qərb ölkələri avqustun 31-nə qədər öz qoşunlarını Əfqanıstandan çıxarmayacağı halda bunun nəticələri ilə üzləşməli olacaqlar.

Bu barədə “Sky News” telekanalına müsahibəsində “Taliban”ın Qətər siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Süheyl Şahin bildirib.

“Bu qırmızı xəttimizdir. Prezident Bayden elan edib ki, 31 avqusta qədər onlar bütün silahlı qüvvələri çıxaracaqlar. Əgər onlar mövcudluqlarını uzatsalar, bu işğal müddətinin uzadılması anlamına gələcək”, – deyə o bildirib.

M.Şahin qeyd edib ki, taliblər ABŞ və ya Böyük Britaniyaya əlavə vaxt vermək fikrində deyil.

“Bu aramızda etimadsızlığa səbəb olacaq. Əgər onlar işğalı davam etdirməyə qərar versələr, buna müvafiq reaksiya veriləcək”, – deyə M.Şahin vurğulayıb.