“Taliban”ın ABŞ silahları ilə bağlı planı deşifrə oldubackend

“Taliban”ın ABŞ silahları ilə bağlı planı deşifrə oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Əfqanıstanı tərk edərkən geridə qoyduğu və “Taliban”ın əlinə keçən silahların aqibəti ilə bağlı yeni iddia ortaya atılıb.

Bölgədə çəkilmiş son görüntülər “Taliban”ın silahlarla bağlı planını deşifrə edib. Belə ki, fotolar taliblərin ABŞ-ın zirehli texnikasını satmaq məqsədilə yük maşınları vasitəsilə Pakistana göndərdiyini ortaya qoyub. “Taliban”ın özünə maddi resurs yaratmaq məqsədilə atdığı bu addımın regiondakı bir çox terror təşkilatlarının ABŞ silahlarına çıxışını təmin edə biləcəyi qeyd olunur.