Telegram-a yeni xüsusiyyətlər əlavə edilib.
İnterpress.az xəbər verir ki, Telegram-ın yaradıcısı Pavel Durov öz Telegram kanalında tətbiqə yeni funksiyaların əlavə olunduğunu açıqlayıb.
Xüsusilə, iş adamlarına müştərilərin telefon nömrələrinin müəyyənləşdirilməsinə vaxta qənaət etməyə imkan verən Telegram Gateway funksiyası tətbiq edilib.
Durov qeyd edib ki, yeni funksiya identifikasiyanın ən əlçatan formasıdır. 0,01 dollara autentifikasiya kodu dünyanın istənilən yerində mövcud olacaq.
“İndi şirkətlər Telegram vasitəsilə müştərilərinə doğrulama kodları göndərməklə milyonlarla qənaət edə bilərlər. Bu üsul ənənəvi mətn mesajı seçimindən qat-qat sürətli, daha təhlükəsiz və daha ucuzdur”, – Telegram təsisçisi bildirib.
O, aydınlaşdırıb ki, Telegram istifadəçilərin autentifikasiyasına ayda 10 milyon dollar xərcləyir. Tətbiq artıq bir milyarda yaxın insanın telefonlarını yoxlayıb və iş adamları buna çox qənaət edə bilərlər.
Qeyd edək ki, bu yaxınlarda Pavel Durov artıq bir neçə dəfə Telegram-da yeni funksiyaların tətbiqini elan edib.
Xuraman Etibarlı
İnterpress.az