Terrorçu silahlı birləşmənin üzvü: “Bilirdim ki, Qarabağ Azərbaycanındır” backend

Terrorçu silahlı birləşmənin üzvü: “Bilirdim ki, Qarabağ Azərbaycanındır” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Seryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktının elanı başa çatıb.

Daha sonra təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif olunub.

Məhkəmədə təqsirləndirilən H.Hovanesyan bildirib ki, noyabrın 25-də hərbi hissəyə çağırılıb və silahla təmin edilərək Laçına, oradan da Hadruta göndərilib:

“Bizə dedilər ki, sərhədimizi qorumağa gedirsiniz və posta göndərdilər. Dekabrın 13-də Arsen Kazaryan bizim dəstə rəhbərinə zəng etdi ki, ordan düşək. Dağdan aşağı düşən zaman Azərbaycan hərbçiləri bizi saxladılar, silahlarımızı aldılar. Ermənistanın kapitulyasiya aktı imzalamasını bilirdim, amma aktın məzmunundan məlumatım yox idi”.

Prokurorun suallarını cavablandıran dəstə üzvü qeyd edib ki, saxlanılmamışdan bir gün əvvəl Azərbaycan hərbçiləri erməni silahlı dəstəsinə ərazidən çıxmağı tapşırsa da, onlar bu göstərişə əməl etməyib:

“Müharibənin bitməsini bilirdik, amma bilmirdik ki, Azərbaycan Qarabağı qaytarıb. Bizə demişdilər müharibə bitib, amma hansı ərazinin bizdə olduğunu demirdilər. Mən bilirdim ki, Qarabağ Azərbaycanındır. Hərbi xidməti də Azərbaycan ərazisində keçdiyimi bilirdim, buna məcbur idim. Çünki komissarlıq məni hərbi xidmətə ora göndərmişdi”.

Növbəti proses iyulun 2-nə təyin edilib.

 

İNTERPress.az