ABŞ-də İmmiqrasiya Xidmətinin binasında ATIŞMA – Ölənlər varbackend

ABŞ-də İmmiqrasiya Xidmətinin binasında ATIŞMA – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Texas ştatının Dallas şəhərində İmmiqrasiya və Gömrük Polisi idarəsinin binasında silahlı insident baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, atışma nəticəsində bir nəfər hadisə yerində ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs isə hadisədən sonra intihar edib.

Hadisənin motivləri hələlik məlum deyil.

Xuraman Etibarlı

İnterpress.az