Rusiya Dövlət Duması hərbi çağırışın ilboyu aparılmasını dəstəkləyib.
İnterpress.az xəbər verir ki, Rusiya Dövlət Duması birinci oxunuşda qanun layihəsini təsdiqləyib.
Sənədə əsasən, hərbi xidmətə çağırış bütün təqvim ili ərzində — 1 yanvardan 31 dekabra qədər aparılacaq.
Hazırda mövcud qaydalara görə, çağırış il ərzində iki dəfə keçirilir: 1 aprel – 15 iyul və 1 oktyabr – 31 dekabr tarixlərində.
Qanun layihəsi qüvvəyə minsə, Rusiya ordusuna əsgərlərin cəlb olunması fasiləsiz şəkildə həyata keçiriləcək.
Xuraman Etibarlı
İnterpress.az