Moskvada Alla Puqaçovaya qarşı məhkəmə iddiası QALDIRILDIbackend

Moskvada Alla Puqaçovaya qarşı məhkəmə iddiası QALDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada veteran Alla Puqaçovaya qarşı məhkəmə iddiası qaldırdı

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilir ki, Moskvanın Savelovski rayon məhkəməsi döyüş veteranı Aleksandr Tretşevin məşhur müğənni Alla Puqaçovaya qarşı iddiasını qeydə alıb.

Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iddiaya səbəb Puqaçovanın “YouTube”da yayımlanmış son müsahibəsi olub.

İddiaçının fikrincə, həmin videoda müğənni Rusiya prezidentini, silahlı qüvvələrini və hüquq-mühafizə orqanlarını gözdən salan ifadələr işlədib.

Xuraman Etibarlı

İnterpress.az