Qazaxıstan Rusiya-Ukrayna müharibəsində özünü vasitəçi kimi görmür – Tokayevbackend

Qazaxıstan Rusiya-Ukrayna müharibəsində özünü vasitəçi kimi görmür – Tokayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Rusiya-Ukrayna müharibəsində özünü vasitəçi kimi görmür.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib.

“Məncə, hər iki tərəf bütün mübahisəli məsələlər üzrə ikitərəfli və müxtəlif səviyyələrdə dialoq aparmağa qadirdir.

Mən həmişə inanmışam və açıq şəkildə bəyan etmişəm ki, “Ukrayna böhranı” son dərəcə mürəkkəbdir və onu sadələşdirmək olmaz”, – dövlət başçısı qeyd edib.

Eyni zamanda, Tokayev vurğulayıb ki, Astana respublikada Moskva və Kiyev arasında danışıqların uğurla aparılması üçün bütün lazımi xidmətləri göstərməyə hazırdır.

Xuraman Etibarlı

İnterpress.az