Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Regional İnkişaf Nazirliyində böyük dələduzluq və vəsaitlərin mənimsənilməsi faktının üstü açıldığını açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
İstintaqın məlumatına görə, BP TRANS 2021-ci ilin iyunundan 2022-ci ilin sentyabrına qədər Kutaisi-Alpana-Mamisoni keçidi yolunda elektron tender əsasında aparılan işlər zamanı 4,2 milyon lari (1,5 milyon dollar) mənimsəyib.
BP TRANS-ın direktoru, onun bir əməkdaşı və nəzarətçi şirkətin üç əməkdaşı saxlanılıb, BP TRANS-ın 100% səhm sahibi axtarışa veriləcək.
Onları 6 ildən 9 ilə qədər həbs gözləyir.
Dövlət Təhlükəsizliyi Xidməti cinayətin digər mümkün şəriklərini müəyyənləşdirdiyini qeyd edib və cəzalarının yüngülləşdirilməsi üçün hər kəsi istintaqla əməkdaşlığa çağırıb.
Xuraman Etibarlı
İnterpress.az