Almaniyanın Gürcüstandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniya səfirinin davranışını kəskin tənqid edib.
“Gürcüstanda fəaliyyət göstərən səfir Vyana konvensiyasının prinsiplərini kobud şəkildə pozduqda, o, Xarici İşlər Nazirliyinə çağırılır.
Xatırlatmaq istəyirəm ki, cənab Fiçer radikal müxalifətin fəaliyyətinə birbaşa qoşulub, həmçinin müstəqil məhkəməyə təzyiq göstərməyə çalışır”, – Kobaxidze jurnalistlərə bildirib.
Xuraman Etibarlı
İnterpress.az