Rusiyada mağaza və biznes sahələrindən əcnəbi sözlərlə lövhələrin çıxarılması tələb olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaceslav Volodin bildirib.
“Rus dilinin mühafizəsi haqqında qanun tam qüvvəyə minməzdən əvvəl mağaza və biznes sahiblərinin əcnəbi sözlərlə lövhələri əvəz etməyə başlamasının vaxtı çatıb”, – o deyib.
O, həmçinin qeyd edib ki, Rusiya bütün xalqlara və istənilən millətin nümayəndələrinə tolerant yanaşır, lakin hər bir ölkə öz dilini və kimliyini qoruyur.
Xuraman Etibarlı
İnterpress.az