Turist qadın Tailandan timsah başını gətirməyə çalışıb.
İnterpress.az xəbər verir ki, rusiyalı qadın Pxuketdən evə timsah başını gətirmək istəyib.
Qeyri-adi baqajı olan turist Novosibirsk gömrükçüləri tərəfindən saxlanılıb. Axtarış zamanı onun çamadanında sürünənin qurumuş başı tapılıb.
Qadın başı yerli suvenir mağazalarından birindən aldığını və sadəcə “özü üçün” götürdüyünü söyləyib.
Qanunu pozan qadını cərimə gözləyir. Çox güman ki, timsahın başı qadına geri qaytarılmayacaq.
Xuraman Etibarlı
İnterpress.az