Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıda səfərdədirbackend

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıda səfərdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Bakıya səfərə gəlib.

O, səfər çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

“Bu gün Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımla görüşdüm. Görüşümüz çox məhsuldar keçdi”, – diplomat vurğulayıb.

Ş.Ayrım həmçinin, Azərbaycan Milli Məclisinin Türkiyə parlamenti ilə Dostluq Qrupunun rəhbəri, deputat Əhliman Əmiraslanovla da görüşüb. Görüşdə iki ölkə arasındakı əlaqələrin hazırki vəziyyəti və inkişaf perespektivləri müzakirə olunub.

 

İnterpress.az