Türkiyədə bu gün keçirilən seçkilərdə maraqlı anlar yaşanıb.
Bu barədə İnterpress.az-ın baş redaktoru, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili məlumat verib.
Belə ki, seçki məntəqələrinin keçirildiyi ərazidə azyaşlılar səsvermə hüquqları olmasa belə öz namizədlərinə kiçik dəstəklərini nümayiş etdirirlər.
Azyaşlılar namizədlərinin “Tayyib dədə” deyərək Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu söyləyiblər.
Qeyd edək ki, Ərdoğana dəstək verən balaca türkiyəlilərdən biri də Sümayədir. O, atası ilə birlikdə İstanbuldakı seçki məntəqəsinə gələrək öz dəstəyini nümayiş etdirib.