Türkiyədə koronavirusa yoluxan uşaqların beynində abses yarandıbackend

Türkiyədə koronavirusa yoluxan uşaqların beynində abses yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə koronavirusa yoluxan uşaqların beyninde abses (iltihab nəticəsində məhdud boşluqda irin toplanması) aşkarlanıb.

bu barədə infeksionist, uzman həkim Zeynəb Gökçə Qayretli danışıb.

O, qeyd edib ki, uşaqların koronavirusu nə qədər yüngül keçirdiklərini desək də, infeksiyanı ağır keçirənlərə də rast gəlirik.

“Son 2 ildir COVID-19 pandemiyası hökm sürür. Hər nə qədər pandemiya daxilində uşaqların bu xəstəliyi yüngül, simptomsuz keçirdiklərini desək də, bu müddətdə onlarda yanaşı olaraq ağır infeksiyalar da görə bilirik. İki xəstəmiz göz ətrafında qızarma ilə bizə müraciət edib. Onların birinin sağ qol və ayağında iflic, digərində isə qıcolma şikayəti olub. Müayinə nəticəsində hər iki xəstənin beynində abses aşkarlanıb”.

Həkim deyir ki, COVID-19 infeksiyasını uşaqlar hər nə qədər asemptomatik və ya az şikayətlərlə keçirsələr də, sonra xroniki öskürək qala bilir.

“Bizi həqiqətən narahat edən “çoxsistemli iltihab sindromu” adlandırdığımız, bir çox orqanlarda iltihab yaradan xəstəlikdir. Bunun ən qorxulu xüsusiyyəti ürəyə təsir etməsi və ürək əzələlərində iltihaba səbəb olmasıdır. Bu, bədəndə səpgilər, gözlərin, dodaqların qızarması, tənəffüsün tezliyi ilə irəliləyən xəstəlikdir. Bunda qızdırma çox qabarıq şəkildə özünü büruzə verir və COVID olan uşaqlarda qızdırma, səpgi, gözdə qızartı varsa mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu, sürətli müalicə tələb edən xəstəliklər qrupudur”, – deyə həkim bildirib.

O vurğulayıb ki, koronavirus keçirən uşaqlar 4-6 həftədən sonra qızdırma olduqda mütləq həkim nəzarətində olmalıdırlar./Oxu.az