Türkiyəli dalğıclar nəhəng mərcan növü aşkar ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, türkiyəli dalğıclar Bitlis vilayətinin Adilcevaz rayonunda Van gölünün dibində böyük mikrobialit (yeni mərcan növü) aşkar ediblər.
Tapıntının uzunluğu 34 metr 60 santimetr uzunluğunda, eni 15 metrdir.
Türkiyə Yukarı Dəniz Dərnəyinin üzvləri olan dalğıclar mikrobialit toplanmasının ən çox müşahidə olunduğu nöqtədə dalış ediblər. Dalışda dərnək rəhbəri Cumali Birol da iştirak edib.
Birol jurnalistlərə bildirib ki, mikrobialit Van gölündə bu günə qədər aşkar edilənlərin ən böyüyüdür:
“Üst eni təxminən 15 metr olan bu mikrobialit kəşf etdiyimiz ən hündür mikrobialitdir”.
Xuraman Etibarlı
İnterpress.az