“Qumara görə 10-15 evim getdi. Böyük səhv etdim”.
İnterpress.az xəbər verir ki, bu barədə türkiyəli məşhur müğənni Serdar Ortaç sosial media hesabında yazıb. O bildirib ki, qumar oynadığı üçün bütün qazandığı mülkləri itirib.
“10-15 evim qumar üzündən əlimdən çıxdı. Əli Sami Yen stadionunun yanında bir göydələnim var idi, o da yox oldu. Böyük səhv etdim”, – müğənni təəssüflə qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az