Türkiyəli nazir: “Yanğın xərçəng kimidir, görünməyən yerlərdə meydana gələ bilər”backend

Türkiyəli nazir: “Yanğın xərçəng kimidir, görünməyən yerlərdə meydana gələ bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin əkin və meşə təssərrüfatı naziri Bəkir Pakdəmirli Marmaris vilayətində davam edən meşə yanğınları ilə bağlı açıqlama verib.

O bildirib ki, hazırda vilayətin Köyceğiz bölgəsindəki yanğın yaşayış yerlərini təhdid etmir. Milas yanğını isə xərçəng kimidir, görünməyən yerləndə meydana gələ bilər.

Nazirin sözlərinə görə, yanan meşələrin yerinə əkiləcək ağacların 30%-i meyvə ağacları olacaq. Bunun üçün ölkədə kifayət qədər toxum ehtiyatı var.