Türkmənistan SSRİ rəmzlərinin təbliğatına qarşı mübarizəyə BAŞLADIbackend

Türkmənistan SSRİ rəmzlərinin təbliğatına qarşı mübarizəyə BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan SSRİ rəmzlərinin təbliğatına qarşı mübarizəyə başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Azattık” Radiosu yazır.

“Türkmənistan hakimiyyəti ölkənin qərb bölgələrində keçmiş SSRİ rəmzlərinin təbliği ilə mübarizə aparmağa başlayıb. Onlar bu malların ticarətini qadağan edir, həmçinin sosial şəbəkələrdə sovet simvollarını dərc edən insanları təqib edirlər”, – məlumatda bildirilir.

Qeyd olunur ki, bu kampaniya çərçivəsində sovet rəmzləri olan geyimlərin satışına qarşı mübarizə aparılır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bu cür malların reklamı və ticarəti ilə məşğul olan sahibkarları, bu simvollarla geyinənləri dindirir.

Xuraman Etibarlı

İnterpress.az