Ucarda bıçaqlanma olub, ölən varbackend

Ucarda bıçaqlanma olub, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə bu gün saat 16:00 radələrində rayon ərazisində qeydə alınıb.

Ağır bıçaq xəsarətləri ilə rayon sakinləri – 1985-ci il təvəllüdlü Validə Məzahir qızı Kərimova və Qarabörk kənd sakini, 1988-ci il təvəllüdlü Qasim Fazil oğlu Məmmədov Ucar Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlərin səyinə baxmayaraq, V.Kərimova xəstəxanada ölüb.

Hadisənin hansı şəraitdə baş verməsi hələ ki, dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

 

İnterpress.az