Ukrayna “Avorviziya”nın hazırlıqlarına start verdibackend

Ukrayna “Avorviziya”nın hazırlıqlarına start verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il Ukraynada keçirilməsi planlaşdırılan “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin hazırlıqları start götürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi başçısının müavini Kirill Timoşenko öz teleqram kanalında yazıb.

“Ukrayna artıq 2023-cü ilin “Avroviziya”sının finalına hazırlığa başlayır. Biz dünyaya açıqlığımızı, qonaqpərvərliyimizi və irimiqyaslı layihələr həyata keçirmək bacarığımızı göstəririk”, deyə o, bildirib.

Kirill vurğulayıb ki, müsabiqənin təhlükəsizliyi həm Ukrayna hakimiyyəti, həm də müsabiqənin təşkilatçısı – Avropa Yayım Birliyi (AYB) üçün əsas məsələdir. Eyni zamanda, o, “Avroviziya 2023”ün hazırlıqlarında Ukrayna Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi iştirak edəcəyini açıqlayıb.

Qeyd edək ki, mayın 10-dan 14-nə kimi İtaliyanın Turin şəhərində keçirilən yarışmada “Kaluş” qrupu “Stefania” mahnısı ilə birinci olub.