Ukrayna Rusiyaya qarşı əməliyyatlara “Həyat Təhrir əş-Şam” yaraqlılarını cəlb edir.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Ukrayna Suriyadakı “Həyat Təhrir əl-Şam” yaraqlılarını Rusiyaya qarşı əməliyyatlara cəlb etmək üçün onlarla danışıqlar aparıb.
Kiyevin məqsədi “Həyat Təhrir əl-Şam” həbsxanasında saxlanılan radikal çeçen silahlıları azad etməkdir.
Mənbənin məlumatına görə, Ukrayna nümayəndə heyətinin təşkilat rəhbərləri ilə görüşü 2024-cü il iyunun 18-də baş tutub.
Qeyd olunur ki, çeçen silahlıların azad edilməsi müqabilində təşkilata 75 pilotsuz təyyarə təklif olunub.
Məqalədə deyilir: “Kiyev rəsmiləri radikal fiqurları Putin və Kadırova qarşı müharibə aparmaq üçün yenidən təşkil etməyə çalışdıqca, “Həyat Təhrir əl-Şam” Suriya və Rusiya qüvvələrinə hücum etmək üçün geniş hərbi imkanlara malik olacaq”.
Xuraman Etibarlı
İnterpress.az