Ukraynalı deputat: “Kiyev Qərbdən qoşun göndərilməsini istəyə bilər”backend

Ukraynalı deputat: “Kiyev Qərbdən qoşun göndərilməsini istəyə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusunun qarşısını almaq üçün kifayət qədər qüvvəsi olmasa, Kiyev Avropadan Ukraynaya Qərb qoşunlarının göndərilməsini xahiş edə bilər.

İnterpress.az xəbər verir ki, bunu Fransanın “LCI” telekanalına ukraynalı deputat Aleksey Qonçarenko deyib.

“Əgər Ukrayna Avropanın dəstəyi olmadan Putini təkbaşına dayandıra bilməsə, biz qoşun Avropadan qoşun göndərilməsini istəyə bilərik”, – deputat qeyd edib.