FTX Ukraynaya casusluq edən 2 qadını həbs edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
FTX-nin məlumatına görə, Ukrayna kəşfiyyatı ilə əlaqəli qadağan edilmiş təşkilatın göstərişi ilə hərbi obyektlər haqqında məlumat toplayan iki Rusiya vətəndaşı saxlanılıb.
Xarici dövlətlə əməkdaşlıq maddəsi ilə cinayət işi açılıb. Hər iki qadın Sevastopol məhkəməsinin qərarı ilə həbs edilib.
FTX Ukraynaya hərbi obyektlər haqqında məlumat ötürən qadınların saxlanılma videosunu nümayiş etdirib:
Xuraman Etibarlı
İnterpress.az