Venesuela Argentinadan gələn bütün təyyarələrə öz hava məkanını qadağan edirbackend

Venesuela Argentinadan gələn bütün təyyarələrə öz hava məkanını qadağan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela ölkənin yük təyyarəsinin ələ keçirilməsində rolu olduğu səbəbi ilə Argentinadan gələn bütün təyyarələr üçün hava məkanını bağlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Xarici İşlər Naziri Yvan Gil Argentina prezidenti Javier Milei hökumətinə “dəfələrlə” xəbərdarlıq etdiklərini vurğulayıb: “Onlar sırf şimaldakı qoruyucularını sevindirmək üçün şirkətimizə qeyri-qanuni ziyan vurdular. Bu zərəri ödəmədikcə Argentinaya gedən və ya Argentinadan gələn heç bir təyyarə uçuşa getməyəcək”.

Argentina prezidentinin sözçüsü Manuel Adorni də gündəlik mətbuat konfransında Venesuelanın qərarına qarşı diplomatik addım atacaqlarını bildirib.

Adorni Beynəlxalq Mülki Aviasiya Konvensiyasını pozduğuna görə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) çərçivəsində tədbirlər görəcəklərini qeyd edib.