Saratov vilayətinin qubernatorunun oğlu faciəvi şəkildə dünyasını dəyişib.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Saratov vilayətinin qubernatoru Roman Busarqinin 16 yaşlı oğlu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Onuncu sinif şagirdi İvan sərnişin kimi “Lada Granta”da əyləşib. Saat 17:00 radələrində o, Sokolovaya küçəsində yolun kənarında dayanmış yük maşınına çırpılıb.
“Granta”nın 20 yaşlı sürücüsü də dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az