Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
İnterpress.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, sabiq xarici işlər naziri V.Quliyev 2010-cu ildən bu günə kimi Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.