Moskvada 25 yaşlı qadının iPhone-u yanıb, hadisəyə yaddaşın dolmasının səbəb olduğu ehtimal edilir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskvada 25 yaşlı qadının iPhone 15 Pro Max smartfonunda daxili yanğın baş verib.
İlkin məlumata görə, hadisəyə cihazın yaddaşının tam dolması səbəb ola bilər.
Qadının 1 terabayt yaddaşa malik smartfondan təxminən iki il istifadə etdiyi, hər gün foto və video çəkdiyi və yaddaşı təmizləmədiyi bildirilir.
Son vaxtlar telefon yaddaşın dolması ilə bağlı tez-tez xəbərdarlıq edib.
Məlumata görə, bir neçə gün əvvəl smartfon tüstülənməyə və daxili yanğın nəticəsində deformasiyaya uğramağa başlayıb. Nəticədə mənzildə yanğın baş verib. Qadın alovu özü söndürüb.
Onun sözlərinə görə, telefon həmin vaxt əlində olsaydı, hadisənin nəticələri daha ağır ola bilərdi.
Hadisənin dəqiq səbəbi ilə bağlı rəsmi ekspertiza nəticəsi açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az






