Yaponiyada “Beni-koji” pəhriz əlavəsinin istehlakı səbəbindən ölənlərin sayı 4-ə yüksəlib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Kobayashi Pharmaceutical Co. Şirkətdən verilən məlumata görə, tərkibində qırmızı düyü mayası olan “Beni-koji”ni qəbul edən daha 2 nəfər ölüb.
Mərhumun “böyrək xəstəliyinin əlamətləri olduğunu” bildirilərkən, onlardan birinin 2021-ci ildən, digərinin isə 2022-ci ildən bu dərmanlardan istifadə etdiyi bildirilib.
Beləliklə, “Beni-koji” pəhriz əlavəsi ilə bağlı ölüm hallarının sayı indiyədək 4-ə yüksəlib.
Həyatını itirənlərin “ölüm səbəblərinin müəyyən edilməsi” üçün araşdırmaların davam etdiyi açıqlanıb.
Şirkət “Beni-koji” istehlak edən 100-dən çox insanın xəstəxanaya yerləşdirildiyini açıqladı.