Yaponiyada nəhəng qəsr insanların köməyi ilə yerinə QAYTARILDI – VİDEObackend

Yaponiyada nəhəng qəsr insanların köməyi ilə yerinə QAYTARILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada təxminən 400 tonluq qəsri min nəfər əl ilə yerinə qaytarıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Minami Nihon Shimbun” qəzeti məlumat yayıb.

Yaponiyanın Aomori prefekturasında yerləşən Hirosaki qalasının təxminən 400 ton ağırlığında olan hissəsi minə yaxın insanın iştirakı ilə əl ilə yerinə qaytarılıb.

Tədbir avqustun 23-də keçirilib və iştirakçılar püşkatma yolu ilə seçilib.

Məlumata görə, qəsr rekonstruksiya işlərinin mərhələlərindən birinin başa çatmasından sonra əvvəlki yerinə qaytarılmağa başlanılıb.

İştirakçılar nəhəng tikilini xüsusi üsulla 1 metr 9 santimetr məsafəyə qədər hərəkət etdirə biliblər.

Qalanın ilin sonunadək daha 70 metrdən çox məsafəyə köçürülərək əvvəlki yerinə tam qaytarılması planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az