Yevlaxda iki məktəblini avtomobil vurub, onlardan biri ölübbackend

Yevlaxda iki məktəblini avtomobil vurub, onlardan biri ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax şəhərində iki piyadanın vurulması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

VAZ-21015 markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki məktəblini vurub.

Ağır xəsarətlər alan məktəblilər xəstəxanaya yerləşdiriliblər.

Lakin onlardan biri, Yevlax rayon sakini, 2009-cu il təvəllüdlü Şahverdili Zəhra Elbrus qızının hayatını xilas etmək mümkün olmayıb. Digər məktəblinin müalicəsi davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

İnterpress.az