Çində yolun böyük bir hissəsi çöküb və üç avtomobil çuxura düşüb, bir nəfər ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Çində magistral yolun nəhəng bir hissəsi qəfildən uçaraq çöküb. Hadisə zamanı yoldan keçən üç avtomobil yaranan dərin çuxura düşüb.
Qəza nəticəsində bir nəfər həyatını itirib. Yaralanan və çuxurda köməksiz qalan digər şəxslər isə borunun üzərinə yığılmış asfalt qalıqları və aşan avtomobilin üzərində müvazinətlərini güclə saxlayaraq xilas olunmağı gözləməli olublar.
İlkin ehtimallara görə, yolun çökməsinə ərazidən keçən magistral borunun partlaması səbəb olub.
Hadisə yerinə dərhal xilasetmə briqadaları cəlb edilib, xəsarət alanların çuxurdan təxliyə edilməsi istiqamətində təcili əməliyyat keçirilib.
Faktla bağlı rəsmi təhqiqat aparılır.
Xuraman Etibarlı
İnterpress.az






