Yükləri yükləyən işçi havaya qalxdıqdan sonra təyyarənin baqaj hissəsində unudulub.
İnterpress.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Afinaya gedərkən İstanbul hava limanında baqajda unudulan Türk Hava Yollarının əməkdaşı Ali Çelikten -25 dərəcə kosmos vakuumunda bir saat sağ qalmağa çalışıb.
Təyyarə İzmirə məcburi eniş edib və donaraq ölmək üzrə olan Çelikten son anda xilas edilib.
Uçuşdan sonra onun ayaqları donub və təzyiqsiz bir mühitdə olduğu üçün beyindəki damarları daralıb.
Çeliktenin ayaqları 3,5 saatlıq tibbi müdaxilədən sonra amputasiyadan xilas edilib.
Hadisə belə baş verib: Ali İstanbuldan Afinaya uçan təyyarədə baqaj yükləyirmiş. Ekipaj lyuku bağlayaraq təyyarəni havaya doğru istiqamətləndirib.
Baqaj hissəsində qalan Çeliktenin kömək çağırışları mühərriklərin səsindən eşidilməyib.
Xoşbəxtlikdən “itki” aşkarlanıb və təyyarə tez bir zamanda geri çevrilib.
Ümumilikdə zərərçəkən 11-12 min metr hündürlükdə -25°C temperaturda təxminən 1,5 saat vaxt keçirib.
Xuraman Etibarlı
İnterpress.az