17 yaşlı hindistanlı idmançı 270 kq-lıq ştanqın altında qalaraq ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb. Bildirilir ki, 17 yaşlı ağırlıqqaldıran qız 270 kq-lıq ştanqın altında qalaraq ölüb.
Yaştiki Açarya ən perspektivli idmançılardan biri hesab olunurdu və valideynlərini yoxsulluqdan çıxarmaq üçün idmanı seçmişdi.
Lakin ölümcül səhv onun həyatı bahasına başa gəlib.
Tapşırığı yerinə yetirən zaman ağır ştanq boynuna düşüb və o, yerindəcə ölüb.
Xuraman Etibarlı
İnterpress.az