Mingəçevir təhsilinin bilinməyənləri – ŞİKAYƏTbackend

Mingəçevir təhsilinin bilinməyənləri – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir təhsili dəyərli, ziyalı, yüksək idarəetmə qabiliyyətləri ilə seçilən rəhbərləri, istedadlı şagirdləri, yüksək təhsil göstəriciləri ilə hər vaxt respublikanın öncül sıralarında olub. Vaxtı ilə məktəb direktoru işləmiş Validə müəllim, Nazir müəllim, Məhbubə müəllim, Nəriman müəllim, Mayıl müəllim, Nazim müəllim, Mirzə müəllim, Arif müəllim, Adiı müəllim və bir çoxları bu gündə böyük hörmətlə anılır.

Əminliklə demək olar ki, son 2 ildə Mingəçevir təhsili Sevinc Həsənovanın kibirliyi, diktatorluğu, özündənrazılığı və diğər aşağılanmış səviyyəsi ilə nəinki Mərkəzi Aran Regional Təhsil İdarəsinin rayonları, eləcə də respublikada öz nüfuzunu itirib. Utanc vəziyyətə gətirib.
Sevinc əməliyyatlı burnunu duk tutub, direktorların işə qəbulu imtahanında (şəhərdən olan namizədlər arasında) ən zəir nəticə-23 bal toplayıb gəzsədə, arxasındakı biabırçılıqlar məktəb, bağça müdirlərini başqalarının yanında utandırır.

Bilirik ki, bu gün həm Mərkəzi Aran RTİ -nin, həm yerli sektorların direktorlara qarşı ən böyük silahı yuxarı sinif şagirdlərinin davamiyyətidir. Məktəblərə,bağçalara “cəsus” sifətində gələn – yarımçıq hüquqşünas Mürsəl, Afət, Adil, Vüqar kimilər – gördüklərini belə görməməzlikdən gələnlər, müəllimlər, tərbiyəçilərin arasında rəhbər işçilərin nüfuzuna toxunaraq “müdirinizi çıxartmağa gəlmişik” ifadələri ilə, sözün əsl mənasında adlarını batıranlar SÖZÜM sizədir: əgər bu gün hörmətli deputatlar, tanınmış təhsil ekspertləri yüksək kürsüdən bu məsələ ilə bağlı “SOS” təbili çalırsa, bu məsələ KİV-də səsləndirilirsə, şagirdlərə dərs ili bitməmiş buraxılış imtahanları nəzərdə tutub taleləri ilə oynanılırsa məktəb direktorlarının günahı nədir?

Sevincin direktorları əzmək üçün, susdurmaq üçün yazdığı təqdimatlar əlinizə düşən ən bahalı kağızlardanmıdır?!
Yeri gəlmişkən bu şəhərdə şagird davamiyyətsizliyinin əsası ta qədimdən 3-nömrəli, 7- nömrəli, 10-nömrəli, 13-nömrəli,15-nömrəli ( THL) məktəblərə məxsusdur. Bu gündə davamiyyətsizlik həmin məktəblərdə çox böyük uğurla davam etdirir. Dəfələrlə yoxlama göndərilsə də, aktlar yazılsa da nədənsə heç bir inzibati tənbehi olmur, tədbir görülmür. Əksinə hər yoxlamadan sonra bir səviyyə pilləsi də “qiyabi”yə buraxılır. Keçən illərdə 9-11-ci siniflər idisə, son 2 ildə 8 siniflərdə də məktəblilər məktəbə gəlmir. Maraqlısı da budur ki, həmin sinifdə dərs deyən müəllimlər belə məktəbə gəlmir, sinif qapıları bağlı olur. Burda deyiblər: ADAMIN ADAMI!!! MARTİ bu məktəblərdəki vəziyyəti dərindən bilsə də “gözdən pərdə asmırmı”?! (Bu məktəblərlə bağlı yazımız olacaq).

Çox təəcüblüdür ki, şəhərin təhsil müəssisələrinin rəhnərləri niyə susur?
Özlərinin xəbəri olmadan onlardan yuxarı təşkilatlara məsləhətçilərin əli ilə şişirdilmiş təqdimatlar yazılır. Xəbərləri olmadan şər və böhtanlara məruz qalırlar. Xəbərləri olmadan rəsmi ” töhmət” alırlar.

Qəbul elədiyi valideynləri direktorların əlehinə çevirib lazimi orqanlara şikayət etməyi məsləhət bilən Sevinc deyilmi?!.
80% direktorlar müddətli müqavilə ilə işlədikləri üçün onları hər keçirilən iclas, tədbirlərdə bilərəkdən aşağılayan Sevinc deyilmi?! Səbəbi yəqi ki, BƏLLİDİR….
16 nömrəli məktəbdə direktor işləyərkən övladım üçün pul verənin biri mən olmuşam.Az məbləğ deyildi ha! Həmin siniflərdə dərs aparan müəllimlərin 6-7-ci saatlarlnın pulunu məcbur onlardan yığan Sevinc deyildimi?!

Bir təhsil işçisi təkzib edə bilərmi ki, vacib bir məsələdən ötrü bu “xanımı” axtardığı zaman ya yerində tapa bilir, ya da zənginə cavab verir. İl ərzində 3-4 dəfə təhsil məzuniyyətinə, qeyri qanuni olsa da ildə 2 dəfə əmək məzuniyyətinə buraxılır. İnsanları görməmək üçün məzuniyyət vaxtlarında oturduğu kreslo ilə fəxr etmək üçün gecələr işə gəlir. Şahidiyəm deyilənlərin ki, “indi onu hansı oteldə gedək axtaraq?!”

Bir çox vaxtlarda müsahibədəym deyib otaq qapısını bağlayib çıxmır. Tapıldıqda isə “zəncirdən açılmış şırə” dönür. Otağından çıxan vətəndaşlar dəhliz boyu qışqıra-qışqıra gedirlər.

Aşağılanmış səviyyəsi ilə keçirilən tədbirlərə, xeyir işlərə qəsdən gecikərək xüsusi tutulmuş xidmətçiləri (Aytac, Pərviz) ona qulluq göstərib düşür, maşının qapısını açaraq onu oturacağı yerə qədər müşayət etmirlərmi?! Tədbir iştirakçıları o oturmayana qədər ayaq üstə qalmırlarmı?!
Hörmətli təhsil işçiləri! Şahmat lövhəsini üzərində rəqabətli oyun təhsilə yaraşmır. Bu respublikamızın keyfiyyətli təhsili, dəyərli təhsil fədailəri ilə tanınmış MİNGƏÇEVİR TƏHSİLİDİR!

Ləkələnmiş insanın Mingəçevir təhsilinin başında olması nə dərəcədə düzgündür?!
Gənc direktoru şəxsi həyatındakı səhvi ucbatından müqaviləsinə xitam verən MARTİ rəhbərliyi – Sevinc niyə saxlamalıdır?!
Unutmayaq ki, “Elçisi gülüm olanın başına külüm olar.”, “Aşıq gördüyünü cağırar” …. VAR OLSUN MÜDRİK DƏDƏLƏRİMİZ!!!

Ardı var…. (faktlarla)