Ukrayna Kursk vilayətindən geri çəkilir.
İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” məlumamat yayıb.
Ukrayna qoşunları Rusiyanın Kursk vilayətinin əksər hissəsindən geri çəkilərək, sərhəd boyu yalnız dar bir ərazidə qalıb.
Analitiklərin fikrincə, əvvəllər ələ keçirilən 1200-dən yalnız 75 kvadrat kilometri Ukraynanın nəzarətində qalıb.
“Döyüş başa çatmaq üzrədir”, – hərbi analitik Pasi Paroynen deyib.
Şimali Koreya əsgərləri tərəfindən gücləndirilmiş Rusiya qoşunları tədricən ukraynalıları sıxışdırıb çıxarır, təchizat yollarını kəsir və hava zərbələri endirir.
Xuraman Etibarlı
İnterpress.az