Əfsanəvi violist Cem Gülgöl 23 yaşında ürək tutmasından vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
23 yaşında dünyasını dəyişən violist Cem Gülgölün qəfil itkisi musiqi dünyasını şoka salıb.
Gənc yaşlarında infarkt keçirərək dünyasını dəyişən Gülgölün arxasında dərin hüzn və unudulmaz sənət irsi qalıb.
Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy İstanbul Atatürk Mədəniyyət Mərkəzində keçirilən 3-cü Beynəlxalq Ələvilik və Bektaşi Araşdırmaları Mükafatları Mərasimində kədərli xəbəri açıqlayıb.
Mərasimdən sonra Cem Gülgölün “Grup Abdal” ilə səhnəyə çıxması planlaşdırılırdı.
Onun vəfatından dərin sarsıldığını dilə gətirən Ersoy: “Gənc yaşda aramızdan ayrılan bu istedadın itirilməsi hamımızı çox incitdi. Allahdan rəhmət diləyirəm”, – deyərək kədərini bölüşüb.
Xuraman Etibarlı
İnterpress.az