Qüdslü jurnalist terrorçuları dəstəkləməkdə şübhəli bilinərək həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.
İsrail polisi 30 yaşlı Qüds sakinini və jurnalisti terror təşkilatlarına dəstək verməkdə və zorakılığa təhrik etməkdə şübhəli bilərək həbs edib.
İstintaq zamanı şübhəlinin terrorçuları təriflədiyi və zorakılıq hərəkətlərinə haqq qazandıran materialları yaydığı nəşrlər aşkar edilib.
Nəşr edilən məzmunlar arasında İslamçı təşkilatların liderlərinin, o cümlədən HƏMAS Siyasi Bürosunun öldürülmüş rəhbəri Sinvarın “ən böyük mükafatının “inamları uğrunda ölmək” olduğunu”fadə edən videoları var.
Xuraman Etibarlı
İnterpress.az