Almaniyada kişi qadını tramvayda yandıraraq qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə alman mediası məlumat yayıb.
Bildirilir ki, Almaniyanın şərqində bazar günü bir kişi tramvayda qadının üzərinə maye tökərək yandırıb.
Məlumata görə, qadın həyati təhlükəsi olan xəsarətlərlə xəstəxanaya çatdırılıb və hücum edən şəxs qaçıb.
Polis ölkənin şərqindəki Gera şəhərində baş verən insidentdə başqa heç kimin xəsarət almadığını bildirib.
Sərnişinlər təcili çağırış düyməsini basaraq tramvayı dayandırıblar və təcavüzkar fürsətdən istifadə edərək qaçıb.
Tramvay sürücüsü dərhal alovu söndürməyə başlayıb və 46 yaşlı qadın helikopterlə xəstəxanaya aparılıb.
Polis qətlə cəhdlə bağlı araşdırmalara başlayıb.
Xuraman Etibarlı
İnterpress.az